Məşhur aktyor Kaliforniya dağlarında itkin düşdü – FOTO

Mədəniyyət

Daha çox “Warlock” dəhşət filmi ilə tanınan məşhur britaniyalı aktyor Culian Sends gəzinti zamanı itkin düşüb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Onun Kaliforniyada dağlıq ərazidə yoxa çıxdığı deyilir.

Sendsin həyat yoldaşı onun itkin düşdüyü barədə yanvarın 13-də bildirib. Sendsi tapmağa çalışan axtarış-xilasetmə qrupları hazırda əlverişsiz hava şəraiti və uçqun təhlükəsi səbəbindən işləri dayandırıb.

Xilasedicilər dronlarla axtarışları davam etdirirlər.

65 yaşlı britaniyalı aktyor “Leaving Las Vegas” (1995), “Ocean’s Thirteen” (2007) kimi filmlərdə, həmçinin “24” (2001-2014), “Dexter” (2006-2013), “Gotham” (2014-2019) seriallarında rol alıb.

Mənbə: Haber Global

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir