Dünən vəfat edən opera müğənnisinin dəfn yeri AÇIQLANDI

Mədəniyyət

Ötən gün vəfat edən tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərovun dəfn olunacağı yer açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qurumdan qeyd edilib ki, Xalq artisti bu gün saat 13:00-da “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Əsgərov fevralın 23-də, ömrünün 62-ci ilində vəfat edib.

Mədəniyyət Nazirliyi onun ölümü ilə bağlı nekroloq yayıb. Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.

1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir