Rüstəm İbrahimbəyovun qızı: “O da bu abidəni görsə idi, çox bəyənərdi” – FOTO

Mədəniyyət

“Atam çox kreativ insan idi. Mən, Fuad da çox istəyirdik ki, abidə də kreativ olsun. Abidəni hazırlayan çox istedadlı Azər Zeynalovun işi həqiqətən layiqli işdir. O, bizim – mənim, Fuadın, həyat yoldaşımın fikirlərinə qulaq asdı və gözəl bir abidə yaratdı. Abidə də atam kimi kreativdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə xalq yazıçısı azad, orijinal fikirli insan idi:

“Biz onu bu abidə ilə əks etdirməyə nail olduq. O da bu abidəni görsə idi, çox bəyənərdi.

Bu gün minnətdarlıq hissi ilə doluyam. Abidənin ərsəyə gəlməsində, onunla bağlı tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm. Dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür edirəm”.

Daha çox şəkil burada: PhotoStock.az

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir