Vətən Musiqi Qrupu Bursa Türk Dünyasının Mədəniyyət Paytaxtının Açılışında

Mədəniyyət

Xanəndə Babək Şuşalı, tarzən Ruslan Zarbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, Respublikanın əməkdar artisti Çinarə Heydərova Mart ayının 14-nən başlayaraq Türkiyədə Turksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ,Trt Avaz, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, və s.Türk Dövlətlərinin Türkiyədəki səfirliklərinin təşkilatçılığı ilə keçirilən Novruz 2022 konsertlərinde Azərbaycanı təmsil ediblər.Turkiye Respublikasının Uşaq şəhərindən başlayaraq Konya, Ankara, Çankırı, Niğde, İnegöl, Gemlik, Bursa şəhərlərində möhtəşəm konsertlər xanəndə Babək Şuşalı, tarzən Ruslan Zarbaliyev, kamança ifaçısı Pərviz Fərhadov Turksoyun Prezidenti Düsen Kaseinov tərəfindən Turksoy xalq çalğı alətləri orkestrının yaranması ilə bağlı Turksoyun fəxri diplomları Ilə, Respublikanın əməkdar artisti qanun ifaçısı Çinarə Heydərova isə Nizami medali ilə təltif edilib.Tədbirlər Sonrası Azərbaycan Respublikasının Türkiyə Respublikasındaki Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Rəşad Məmmədovla görüş keçirilib və Cənab Səfir tərəfindən də diplomlarla təltif ediliblər. Mart ayının 30-u isə Bursa Türk Dünyasının Mədəniyyət Paytaxtının açılış öncəsi 20 ölkənin ,50 qrup, 750 nəfər Iştirakçı ilə bərabər Bursa Şəhərində Parad yürüyüşünde Iştirak ediblər, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Cənab Anar Kərimovla birgə.30 Mart Bursa Şəhərində Türk Dünyasının Mədəniyyət Paytaxtının Açılışında Tofaş Idman Sarayında Möhtəşəm Konsert baş tutub və ölkəmizi onlar təmsil edib.20 Ölkənin Mədəniyyət Və Turizm Nazirləri, Deputatlar, Binəli Yıldırım, Şimali Kiprin Prezidenti Ersin Tatar, Mədəniyyət və Turizm Naziri Anar Kərimov və Ölkəmizin Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Rəşad Məmmədov iştirak edib.Tədbirdən Sonra Cənab Binəli Yıldırım ve Şimali Kiprin Prezidenti onlara təbriklərini bildirib. Qeyd edirəm ki xanəndə Babək Şuşalı Şuşa Humanitar Kollecinin, Ruslan Zarbaliyev Mədəniyyət və Incəsənət Universitetinin, kamança ifaçısı Pərviz Fərhadov Azərbaycan Milli Konservatoriyasının, Əməkdar Artist Qanun Ifaçısı Çinarə Heydərova Milli Konservatoriyasınin Müəllimləridirlər.Eyni zamanda Turksoy xalq çalğı alətləri orkestrının solistləridirlər. Martın ayının 31-i Turksoyun Fövqaladə Iclasında Şuşa Şəhəri 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib və Turksoyun 3 il müddətinə Yeni Prezidenti seçilib Qırğızıstandan Sultan Raev.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir