Ermənistanın Azərbaycanın turizminə vurduğu ziyanın məbləği açıqlanıb

Mədəniyyət

Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6%-i otuz il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib.

Bu, “Report”un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

Bundan başqa, qurum bəyan edib ki, ölkədə turist gecələmələrinin 11,1%-i işğal altında qalmış ərazilərin payına düşüb.

“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən, ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər beş milyard ABŞ dollarından artıq olub”, – deyə açıqlamada qeyd olunub.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir