“Moşu” obrazı ilə tanınan Xalq artisti: “Hamısı boş şeydi, mənim yaradıcılığım var?”

Mədəniyyət

Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə danışmaq istəməyib.

Görünür Xalq artistinin sənətdən möhkəm qəlbi qırılıb ki, danışmaq istəməyib, Lent.az-a bir neçə kəlmə deyərək kifayətlənib:

“Nədən danışacağıq? Mənim yaradıcılığım var? Nə danışmaq istəmirəm, nə də görünmək”.

Sənət adamları diqqət istəyir, kövrək olur. Xalq artistini dilə tutmağa çalışdım. “Valeh bəy, elə bir tək Moşu obrazınız yetərlidir, o sizin vizit kartınız olub” deyilsə də, aktyor “əşşi, hamısı boş şey imiş” cavabını verib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir