“HOZU” bu səfər cangüdən oldu: “HOZU cangüdən” – VİDEO

Mədəniyyət

Hər kəsin üzündə gülüş oyadan “HOZU” filminin ikincisi işıq üzü görəcək.

Ssenarist, məşhur aktyor Məcid Hüseynov “HOZU cangüdən” filminin çəkilişlərinin artıq bitdiyini və 1 noyabrdan tamaşaçıların ixtiyarına veriləcəyini bildirib:

“Birinci “Hozu” ilə “HOZU cangüdən”nin fərqi ondadır ki, artıq “Hozu”nun 10 uşağı var. Ən böyük arzusu ferma sahibi olmaq olan “Hozu”nun atasını bir gün inək vurur. Kişi əməliyyat olunur. Əməliyyatdan çıxanda “Hozu”nu çağırıb deyir ki, sənin şəhərdə bir bacın var, get onu tap gətir. “Hozu” gedir şəhərə, bacısını tapır. Sən demə “Hozu”nun bacısı … , nə isə, axırını da gəlib izlədikdən sonra görərsiniz (gülür). Çox gülməli olduğuna zəmanət verirəm”.

Məcid Hüseynov, Kamilə Babayeva, Elsevər Camal, Teymur Məmmədov və Ülviyyə Əliyevanın baş rol aldığı “Hozu cangüdən” filminin ssenarisi, Məcid Hüseynov, Elnur Hüseynov, Alim Cəfər və Faiq Ağamalıya məxsusdur. Filmin quruluşçu rejissoru İlham Yaşaroğlu, quruluşçu operatoru isə Rəşad Qarayevdir.

Qeyd edək ki, “HOZU cangüdən” filmini, 1 noyabrdan etibarən “Park Cinema”, “Nizami Kinoteatrı”, “Aygün Mall”, “Park Bulvar” və “Metropark” kinoteatrlarında izləyə bilərsiniz.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir