“Yəqin ki, ödəyib də. Haradan bilim?” – “Azdrama”dan Yazıçılar Birliyininin icarə puluna REAKSİYA

Mədəniyyət

Ötən gün Xalq yazıçısı Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayına ayrılmış 203 min manatdan müəyyən qədəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından istifadəyə görə icarə pulu kimi verilib.

Maraqlıdır, doğrudanmı dövlət teatrına qurultayın keçirilməsi üçün icarə pulu ödənilib? Ümumiyyətlə, bu məbləğ nə qədər olub?

Məsələ ilə bağlı AzVision.az teatrın bədii rəhbəri, baş rejissoru və direktoru Azər Paşa Nemətovla əlaqə saxlayıb. Rejissor icarə pulunun verildiyini istisna etməyib.

“Bu mövzular mənim səviyyəmdə deyil. Mən o işə baxmıram. Mən yaradıcı adamam, yaddan çıxartmayın. Bilmirəm. Mən yaradıcılıqla məşğulam. Yəqin ki, ödəyib də. Haradan bilim? Dövlət onlara pul ayırıb. Elə belə deyil ki… Çünki işıq yanırdı. Bütün sistem işləyirdi.

Seçdilər, razı da getdilər. Mən həmin vaxt yaradıcı heyətlə məşq edirdim”, – deyə A. Nemətov bildirib.

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev qurultay üçün ayrılan 203 min manatla bağlı sual verən jurnalistə, “Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?” – deyə sərt reaksiya verib. Və bildirib ki, pul icarəyə və xarici qonaqların yoluna, həmçinin qalmaları üçün hotelə xərclənib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir