Şəkidə keçəçiliklə təkəlduzu birləşdirən ilk qadın – VİDEO

Mədəniyyət

Şəki təkəlduz sənətinin vətəni sayılır. Qədim el sənəti ilə məşğul olan şəkili usta Vəfa Mustafazadə isə ilk dəfə olaraq təkəlduzla keçəçiliyi birləşdirib. 

Keçənin hazırlanması prosesi 15-20 mərhələdən ibarət olur. Yun yuyulur, təmizlənir, daranır, didilir. Sonra isti su və sabunla yoğrularaq istifadəyə hazır vəziyyətə gətirilir. 

İyirmi ildir, nadir sənət növü ilə məşğul olan Vəfa xanım deyir ki, ən böyük uğuru sənətinə verilən yüksək qiymətdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşünü indi də həyəcanla xatırlayır.

Vəfa Mustafayeva bu vaxta qədər keçədən hazırladığı heç bir əsərini satmayıb. Hazırda onun emalatxanasında bir-birindən gözəl onlarla sənət nümunəsi sərgilənir. O, əl işləri ilə beynəlxalq sərgilərə də qatılaraq Azərbaycanı təmsil etmək arzusundadır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir