İnfarkt keçirən aktyorun son vəziyyəti AÇIQLANDI

Mədəniyyət

Əməkdar artist Vahid Əliyevin səhhətində irəliləyiş var.

Bu barədə “Qaynarinfo”ya aktyorun özü məlumat verib.

O bildirib ki, ürəyi ilə bağlı bütün müayinələrin nəticələri hazırdır:

“Şükürlər olsun ki, yaxşıyam. Bir azdan həkimlər əməliyyatla bağlı fikirlərini açıqlayacaqlar. Əməliyyatın nə vaxt keçiriləcəyi ilə bağlı hələ bizə məlumat verilməyib. Düşünürəm ki, qərar bu gün açıqlanacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Vahid Əliyevin səhhəti pisləşib. İnfarkt keçirən aktyor Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir