Mərakeşdəki qaz anbarında yanğın baş verib.
Hadisə ölkənin Atlantik okeanı sahilində yerləşən Məhəmmədiyyə şəhərində qeydə alınıb.
Şəhər limanı yaxınlığındakı güclü yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb. Yaralananlar və ya həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur.
Ərazi mühasirəyə alınıb, yanğının söndürülməsi istiqamətində işlər aparılır.
