Məşhur türkiyəli müğənni 4 evini zəlzələ qurbanlarına verdi: “Bir il ödənişsiz yaşayacaqlar…” – FOTO

Dünya

Məşhur türkiyəli müğənni Demet Akalın İstanbul Pendikdəki 4 mənzilini zəlzələdən zərərçəkənlərin istifadəsinə verəcəyini açıqlayıb.

Həmçinin onların bir il müddətinə ödənişsiz yaşaya biləcəklərini vurğulayıb.

“Pendikdə 4 yeni evdə 1 il müddətində ödənişsiz yaşayacaqlar, amma evlər təzədir, heç bir əşya yoxdur. Yeni əşyalar göndərmək istəyənlər mənimlə əlaqə saxlasın”, – deyə o qeyd edib.

Mənbə: Haber Global