Məşvərət Şuralarının gəncləri ilə təlimlər uğurla yekunlaşıb – FOTO

Cəmiyyət

“Beş rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində yaradılmış Biləsuvar Gənclər Şurası, Xəzər Gənclər Şurası, Qazax Gənclər Şurası, Tovuz Gənclər Şurası və Şəmkir Gənclər Şurasının üzvləri üçün NAYORA tərəfindən təşkil olunmuş təlimlər uğurla yekunlaşıb.

120-yə yaxın gənci əhatə edən təlimlərin əsas məqsədi iştirakçıları layihələrin yazılması və idarəedilməsi, fərdi inkişafla bağlı bilik və bacarıqlarla təmin etməklə layihənin növbəti mərhələlərinə hazırlamaq olub. 

Qeyd edək ki, təlimlər “Komanda quruculuğu”, “Layihələrin yazılması və idarəedilməsi”, “Təqdimat bacarıqları”, “Sorğu və tədqiqat” kimi mövzuları əhatə edib və iki gün müddətində davam edib.

“Beş rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin əsas məqsədi əhatə olunan rayonlarda cəmiyyətin rifahı üçün verilən qərarlarda gənclərin rolunun artırılması və rayon gənclərinin inkişafına dəstək olmaqdır. 

Layihə Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF Azərbaycanın texniki dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir