Maduro: Silahlı qüvvələr və xalq Venesuelanı təcavüzdən qorumağa hazırdır

Baş səhifə

Venesuela Silahlı Qüvvələri və xalq imperialist təhdidlərə və mümkün aqressiyaya qarşı ölkəni müdafiə etməyə tam hazırdır.

APA xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Hərbi Hava Qüvvələrinin 105 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Hədə və təzyiqlər xalqımızı nə qorxuda, nə də hazırlıqsız yaxalaya bilər. Xalqımız öz vətənini, torpağını, dənizlərini, səmasını, ruhunu və tarixini qorumağa hazırdır”, – dövlət başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir