
Bakı. Trend:
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi
məhdudlaşacaq.
Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, noyabrın 12-də ölkə ərazisinin bəzi yerlərində
dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral
yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı
gözlənilir.
