
Bakı. Trend:
“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Ruben Amorimi
dəstəkləməyə və yayda yeni futbolçular transfer etməyə
hazırdır.
Trend-in “The
Sun”a istinadən xəbərinə görə, bunun üçün komandanın mövcud
oyunçularının satılması vacib olacaq.
Məlumata əsasən, klub yarımmüdafiəçilər Bruno Fernandes,
Kazemiro, Kobbi Maynu və Manuel Uqarte; müdafiəçilər Harri Maquayr
və Tirell Malasiya; hücumçular Ceydon Sanço, Markus Reşford, Coşua
Zirkze və Rasmus Hoylundla yolları ayıra bilər.
<!—->
<!––>
“Mançester Yunayted”in qapıçısı Altay Bayındırın da azad agent
kimi buraxılması ehtimal olunur.
Xəbərdə bildirilir ki, komanda gələn yay bir neçə
yarımmüdafiəçi, yeni qapıçı və bir cinah oyunçusu transfer etmək
niyyətindədir.
