“Mançester Yunayted”in baş məşqçisi Avstriya millisinə rəhbərlik edə bilər

Dünya

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik mövsümün sonunda klubu tərk edə bilər.

Alman mütəxəssis Avstriya millisinin baş məşqçisi postuna gətirilərsə, Premyer Liqa klubundakı məsləhətçi vəzifəsindən imtina edəcəyi gözlənilir.

İngiltərə komandası ilə müqaviləyə əsasən, o, baş məşqçi postundan ayrıldıqdan sonra iki il “Mançester Yunayted”ə kömək etməli idi.

Hazırda mütəxəssis məsələ ilə bağlı yekun qərar verməyib.

Mənbə: sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir