MAQATE: “Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verib”

Cəmiyyət

Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi təsdiq edib.

Bundan əvvəl Qrossinin Ukraynaya gəldiyi barədə xəbər verilib. Baş direktorun təşkilatın planlaşdırdığı texniki yardımla bağlı yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlara cəlb ediləcəyi gözlənilir.

Müzakirə ediləcək mövzulara həyati əhəmiyyətli təhlükəsizlik ləvazimatlarının çatdırılması daxildir. Həmçinin, MAQATE Ukraynanın nüvə obyektlərinə yardım üçün xüsusi planlar hazırlayıb.

Mənbə: Ria Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir