Rusiyada məktəblilər köhnə soyuducuda Volqanı keçmək istədilər – VİDEO

Maraqlı

Rusiyada məktəblilər zibillikdən tapdıqları köhnə soyuducuda Volqada üzməyə cəhd ediblər.

Məlumata görə, uşaqlar zibillikdən köhnə soyuducu tapıblar, sonra ondan qayıq kimi istifadə etmək istəyiblər. Bununla bağlı yayılan kadrlarda uşaqlardan birinin “qayıq”la üzməyə cəhd etdiyi görünür.

Yalnız yoldan keçənlərin müdaxiləsi və polislə hədələmələri sayəsində uşaqlar fikirlərindən dönüblər.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı yoxlamalara başlayıb.

Mənbə: Komsomolskaya Pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir