Kim Çen Inın hamıdan gizli saxlanılan qızı görüntüləndi – FOTO/VİDEO

Maraqlı

Sosial şəbəkələrdə Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju Enin olduğu iddia edilən uşağın görüntüləri yayılıb.

Video KXDR-də Respublika Günü münasibəti ilə keçirilən tədbirdə çəkilib.

Kadrlarda həmin qızın başqa bir neçə həmyaşıdı ilə birlikdə Kim Çen In və həyat yoldaşı Li Sol Çju üçün mahnı oxumaları əks olunub.

Videogörüntüləri təhlil edən ekspertlər Li Sol Çjunun əlini qızın kürəyinə qoyaraq nəsə dediyi anlara diqqət çəkiblər.

Bundan başqa, qalan uşaqlar liderin ətrafında sıxlaşarkən, Kim Çju E daha təmkinli və sakit davranıb.

Kameranın tez-tez qıza xüsusi diqqət yetirməsi də ekspertlərin gözündən yayınmayıb.

Qızın xarici görünüşü də digərlərindən fərqlənib: O saçlarını açıq qoyan və ağ corab geyinən yeganə uşaq olub.

Şimali Koreya elitası üzrə ekspert Maykl Madden Kim Çen Inın övladının sözügedən qızla tam olaraq eyni yaşda (10 yaş) olduğnu vurğulayıb.

Madden əlavə edib ki, Kim özü uşaq və yeniyetmə olanda yaxın ailə üzvləri və Şimali Koreya elitasının bəzi yüksək səviyyəli üzvlərindən başqa hamıdan təcrid olunub.

Mənbə: Daily Mail

www.demir-yumruq.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir