Rusiya hərbçiləri artıq Mariupola 100-ə yaxın hava bombası atıb və
nəticədə 2187 Mariupol sakini həlak olub.
Bu barədə “Telegram”-da Mariupol Şəhər Şurası məlumat verib.
“İndi şəhərdə blokadada olan 400 min Mariupol sakininə ən böyük təhlükə havadan gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemlərini tədarük etməsi yüz minlərlə günahsız insanı xilas edə biləcək həll yoludur”, – deyə məlumatda bildirilib.
www.102info.az
