Mariupolun meri: Şəhərin bərpasına azı 10 milyard dollar vəsait lazımdır

Dünya

Rusiya ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində dağıdılmış Mariupol şəhərinin infrastrukturunun bərpa etmək üçün ən azı 10 milyard dollar lazımdır.

Bu açıqlama ilə Mariupol şəhərinin meri Vadim Boyçenko çıxış edib.

Qeyd edək ki, Azov dənizinin sahilində yerləşən və Ukraynanın ən böyük şəhərlərindən olan Mariupol Rusiyanın genişmiqyaslı əməliyyatları zamanı ən çox zərər çəkən ərazilərdən biridir.

Liman şəhərində onlarla bina dağılıb, yanıb və yerlə-yeksan olub.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir