Masallı məktəbliləri ilə maarifləndirici görüş keçirilib

Cəmiyyət

Masallı rayonunun Bədəlan kənd tam orta məktəbində məktəblilərlə narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş görüş keçirilib.

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə narkotik vasitələrdən istifadənin insan orqanizmində və cəmiyyətdə yaratdığı mənfi təsirlər, ağır fəsadlara həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev bu günədək bəşəriyyətin üzləşdiyi ən ağrılı problemlərdən olan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ölkəmizdə aktual xarakter daşıdığını bildirib. Zərərli vərdişlərin insan orqanizminə, ailə dəyərlərinə vurduğu zərərlərdən danışıb, bu kimi mənfi halların gələcəkdə sağlam cəmiyyətin formalaşmasına real təhlükə olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edənlər təhsil ocaqlarında, müxtəlif kollektivlər qarşısında təşkil edilən bu kimi maarifləndirici görüşlərin əhəmiyyətindən danışıblar və qeyd olunub ki, hər kəs bu yöndə öz töhvəsini verməyə çalışmalı, bacardığını əsirgəməməlidir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir