Masallıda 15 metrlik su quyusuna düşən şəxs xilas edilib – VİDEO

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1971-ci il təvəllüdlü Abdullayev Şahin Mürsəl oğlu dərinliyi təqribən 15 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə Ş.Abdullayevi quyudan çıxararaq xilas ediblər.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir