
Bakı. Trend:
Rusiya və digər MDB ölkələrində tibb təhsili və kliniki
ixtisaslaşma almış yüzdən çox vətəndaşımızın müraciəti daxil olub.
Bu gün də o müraciətlər artmaqdadır. Söhbət xaricdə, MDB məkanında
alınmış klinik ixtisasların ölkəmizdə tanınması problemindən
gedir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini
Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı
deyib.
Millət vəkili bildirib ki, yeni rezudentura proqramının
tətbiqindən sonra bir qrup həkimlərin Azərbaycanda fəaliyyətə
başlaması həddindən çox çətinləşib:
“Bəzən bu tam qeyri-mümkün vəziyyətə düşüb. İlkin baxışda
texniki məsələ kimi görünə bilər. Əslində, burada həm insan
hüquqları, həm də ölkəmizin səhiyyə ehtiyacları, həm də bəzi
beynəlxalq səviyyədə hüquqi öhdəliklər məsələsi var.
<!—->
<!––>
Bu insanlar, əslində bir çoxu bizim vətəndaşımızdır və yaxud MDB
ölkələrinin vətəndaşı olmaqla yanaşı əslən azərbaycanlıdırlar,
Azərbaycan dilini bilirlər və öz ölkələrində xidmət göstərmək
istəyirlər. Onların böyük bir hissəsi yüksək səviyyəli klinikalarda
işləyib, bu gün də öz peşələrini vətənlərində, Azərbaycanda icra
etmək istəyirlər”.
Deputat vurğulayıb ki, heç bir ölkə belə resursu geri
çevirmir:
“Kadr çatışmzalığı zamanı belə bir fürsəti dəyərləndirmək
lazımdır. Ölkədə, regionlarda ixtisaslı kadr çatızmazlığı
mövcuddur. Həkim axtarırıq, amma hazır yetişmiş resursdan da
istifadə edə bilmirik. Halbuki bu həkimlər imtahan verməyə,
adaptasiyadan keçməyə, hətta regionlarda çalışmağa belə tam hazır
olduqlarını bildirirlər.
Diplomların tanınması ilə bağlı bir sıra qanunlar və öhdəlikər
var. Yəni rədd qərarının hüquqi əsası olmalıdır”.
