Messinin şəkli olan stiker hərracda yüksək qiymətə satıldı – FOTO

İdman

Argentina millisinin hücumçusu Lionel Messinin şəkli olan stiker hərracda 522 000 dollara (təxminən 888 min manata) satılıb.

Stiker İtaliyanın “Panini” şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatı üçün hazırlanıb.

Qeyd olunur ki, sözügedən stikerlərdən cəmi on ədəd buraxılıb, lakin onlardan yalnız ikisinin harada saxlanıldığı məlumdur.

Stikerin satıcısı anonim qalmaq istəyib.

Qeyd edək ki, “Panini” şirkəti dünya və Avropa çempionatları, həmçinin digər böyük turnirlər üçün ixtisaslaşmış məhsullar nəşr edir.

Mənbə: Officelife.media

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir