Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb

İqtisadiyyat

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib:

“Ölkələrimizin iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik.

Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirəl

ər apardıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir