Mikayıl Cabbarov Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşdü – FOTO

İqtisadiyyat

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşüb.

Bu barədə nazir özünün “Twitter” hesabında yazıb.

“Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafı, energetika, kənd təsərrüfatı, neft-kimya, nəqliyyat-logistika sahələrində geniş əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – nazir qeyd edib.