İtaliyanın “Milan” klubu ukraynalı qapıçı Andrey Lunini heyətinə qatmaq üçün təxminən 10 milyon avro təklif etməyə hazırdır.
“Report” “Defenca Central”a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın “Real” komandasında çıxış edən qolkiperlə maraqlanır.
Mümkün keçid 2026-cı ilin yayında gerçəkləşə bilər.
Qeyd edək ki, Luninin “kral klubu” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayıyanadək qüvvədədir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin
