Milli Məclisin deputatı Aqil Məmmədov Bakıda 18 saylı Kəlbəcər məktəbində həmin ərazidə yaşayan seçicilər üçün qəbul keçirib.
Qəbulda Kəlbəcər rayonundan olan seçilərlə yanaşı, ərazidə yaşayan sakinlər də iştirak edib.
Yerli sakinlər əsasən uşaqların məktəb problemini qaldırıblar. Uşaqların Kəlbəcər 18 saylı orta məktəbinin birinci sinifinə getməyinə imkan yaradılmasını xahiş ediblər.
Qəbulda həmçinin, işğaldan azad edilmiş Kəlbəcər rayonuna sakinlərin aparılmasının təşkili məsələləri qaldırılıb.
Deputat A.Məmmədov bildirib ki, bu məsələ ilə bağlı Milli Məclisin plenar iclasında çıxşı edib. O, ümid etdiyini bildirib ki, qarşıdakı yay günlərində belə səfərlər təşkil olunacaq.
www.102info.az
