Yenikənd inzibati ərazisində seçicilərlə keçirilən görüşdə Salyan rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov da iştirak etdi. Görüş zamanı seçicilərin qaldırdıqları problemlər Millət Vəkili tərəfindən diqqətlə dinlənildi və o, çıxışı zamanı görüş iştrakçılarına qaldırdıqları məsələlərlə bağlı konkret addımların atılacağını vurğuladı.
Görüş iştrakçıları çıxışlarında Möhtərəm Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı olaraq müdafiə etdiklərini, hər zaman dövlətimizin və dövlət başçımızın yanında olduqlarını önə çəkdilər. Görüşdə iştrak edən qazilərin qaldırıdıqları məsələlər də xüsusi olaraq Millət Vəkili tərəfindən diqqətə alınacağı qeyd edildi.
01 Sentyabr 2022 – ci il









