Milli Məclisin deputatı Sadiq Qurbanov Salyan rayonunun Yenikənd kəndində vətəndaşlarla görüş keçirib.

Cəmiyyət

Milli Məclisin deputatı Sadiq Qurbanov 2025-ci il may ayının 5-də Salyan rayonunun Yenikənd kəndində vətəndaşlarla növbəti görüşünü keçirib. Görüşdə həm Yenikənd kənd sakinləri, həm də ətraf kəndlərdən olan vətəndaşlar iştirak ediblər.

Görüş zamanı Sadiq Qurbanov seçicilərin müxtəlif sahələr üzrə problemlərini, təklif və müraciətlərini dinləyib.

Deputat qaldırılan məsələlərin bir qisminin yerli səviyyədə, digər hissəsinin isə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həll edilə biləcəyini bildirib. Sadiq Qurbanov qeyd edib ki, vətəndaşların müraciətləri diqqətlə qeydə alınacaq və onların həlli istiqamətində müvafiq addımlar atılacaq.

Görüş açıq və səmimi şəraitdə keçib. Vətəndaşlar deputatla birbaşa ünsiyyət imkanı qazandıqları üçün məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, deputat Sadiq Qurbanov seçildiyi dairə üzrə vətəndaşlarla mütəmadi şəkildə görüşlər keçirir və onların problemlərinin həlli istiqamətində ardıcıl fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir