
Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun
Sabirkənd kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü
keçirib.
Trend xəbər
verir ki, görüşlərdə Qoşadizə və Başkənd kəndlərindən olan
seçicilər də iştirak ediblər.
<!—->
<!––>
Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri
Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə deputat seçicilərin
müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər
ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran
sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
