Milli Qəhramanın Sumqayıt şəhərində məzarı ziyarət edildi.

Hərbi Tədbirlər

Milli Qəhrəman Qorxmaz Eyvazovun anadan olmasının 55-ci ildönümü münasibətilə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında məzarını ziyarət etdik, əziz xatirəsinə ehtiramımızı bildirdik.

Qorxmaz Abış oğlu Eyvazov 1967- ci il aprel ayının 1-də Laçın rayonunun Güləbird kəndində anadan olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Qorxmaz Eyvazovun son döyüşü olur. O, düşmənin xeyli canlı qüvvəsini məhv edib və özü də bu döyüşdə həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 262 saylı Fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Allah rəhmət eləsin.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir