Milyarder onunla birgə nahar yeməyini hərraca çıxaracaq

Dünya

Amerikalı milyarder Uorren Baffet bu il sonuncu dəfə onunla birgə nahar etmək imkanını hərraca çıxaracaq.

COVID-19 pandemiyası səbəbindən o, iki il idi ki, bu hərraca fasilə vermişdi.

Məlumata görə, hərrac iyunun 12-dən 17-dək eBay onlayn auksionunda keçiriləcək.

Təklif 25 min ABŞ dollarından başlayacaq.

Nahar yeməyi ənənəvi olaraq Baffetin sevimli restoranlarından biri olan Nyu-Yorkdakı “Smith & Wollensky Steakhouse”-da təşkil ediləcək.

Qeyd edək ki, Baffet oxşar hərraclarda artıq təxminən 34 milyon dollar qazanıb. Bütün gəlirlər ehtiyacı olanlara tibbi xidmət və pulsuz yemək verən “Glide Fondu”na verilib. 2008-ci ildən bəri Baffetlə nahar imkanı bir milyon dollardan baha satılıb.

Mənbə: korrespondent.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir