Mingəçevir sakinlərinin zirzəmi dərdi: Məsul qurum nə deyir? – VİDEO

Cəmiyyət

Mingəçevirdə Nəriman Nərimanov 5 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisi illərdir çirkab sularla doludur. Sakinlərin sözlərinə görə, binaya daxil olan uşaq, böyük mütləq burunlarını tutub yuxarı mərtəbələrə qalxırlar. 

Zirzəmidən qalxan müxtəlif həşəratlar isə vəziyyəti daha da dözülməz edir. Bina sakinləri zirzəmidəki boruların artıq ömrünü başa vurduğunu və yenilənməyə ehtiyac olduğunu deyirlər. 
Sakinlər kanalizasiya sularının zirzəmiyə dolmasının binanın ömrünü də azaltdığını düşünürlər. İllərdir borulardan axan çirkab sular zirzəmidə kiçik göl yaradıb. 

Mövcud problemlə bağlı Mingəçevir Sukanal İdarəsindən N.Nərimanov 5 ünvanında yaranmış vəziyyətdə bina sakinlərinin də bilavasitə rolu olduğu bildirilib. Amma yaxın zamanda problemin kökündən həll ediləcəyi xəbəri də açıqlanıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir