Mingəçevirdə 49 yaşlı qadın dəm qazından ölüb

Cəmiyyət

Mingəçevirdə 49 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış.

Faktla bağlı araşdırma başlanıb hadisənin baş vermə səbəbləri araşdırılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir