Misir və Rusiya sabah nüvə yanacağının alınması ilə bağlı müqavilə imzalayacaq

Baş səhifə
Misir və Rusiya sabah nüvə yanacağının alınması ilə bağlı müqavilə imzalayacaq

Misir və Rusiya sabah “Rosatom” tərəfindən Misirdə inşa edilən “Əd-Dabaa” Atom Elektrik Stansiyası (AES) üçün nüvə yanacağının alınmasına dair müqavilə imzalamağı planlaşdırır.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin dəftərxanasından bildirilib.

“Noyabrın 19-da tarixi hadisə baş verəcək – “Əd-Dabaa” AES-in birinci enerji blokunun reaktor korpusunun quraşdırılması, həmçinin nüvə yanacağının alınması ilə bağlı müqavilə imzalanacaq”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir