Misirdə turistləri daşıyan avtobus yandı: Xarici vətəndaşlar həlak oldular – FOTO

Dünya

Misirdə xarici vətəndaşları daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə ölkənin cənubundakı turistik bölgədə – Asuan şəhərində baş verib.

Qəza nəticəsində dördü fransalı, biri belçikalı, beşi misirli olmaqla 10 sərnişin həlak olub.

Bundan əlavə, səkkizi fransız və altısı belçikalı olmaqla, daha 14 nəfər yaralanıb.

Bildirilir ki, səhər tezdən turistləri daşıyan avtomobil Əbu Simbel məbədlərinə aparan səhra yolunda avtomobillə toqquşub. Bundan sonra avtobus alışmağa başlayıb və tamamilə yanıb.

Mənbə: Le Parisien

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir