Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib

Baş səhifə
Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib

Moskva-Səmərqənd reysi ilə uçan “Pobeda” aviaşirkətinə məxsus təyyarə bu səhər Səmərqənd aeroportunda olan güclü duman səbəbindən Buxaraya məcburi eniş edib.

“Report” xəbər verir ki, bu barədə “Uzbekistan airports”un mətbuat xidməti məlumat yayıb.

“Səmərqənd aeroportundakı əlverişsiz meteoroloji şərait səbəbindən Moskva-Səmərqənd reysi ilə uçan təyyarə Buxarada məcburi eniş edib.

Hazırda ekipaj və sərnişinlər Səmərqəndə uçmaq üçün havanın düzəlməsini gözləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir