Motosikletçi yoldan çıxaraq aşıb

Cəmiyyət

Göygöldə yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Tural Qasımov motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə motosiklet yoldan çıxaraq aşıb.

Qəza zaman motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir