“Haber Global”ın məlumatı təsdiqini tapdı: Suriyadan Ukraynaya minlərlə muzdlu əsgər yollanır – VİDEO

Müharibə

Təqribən bir həftə əvvəl Türkiyənin nüfuzlu “Haber Global” telekanalı kəşfiyyat məlumatlarına istinadən Suriya prezidenti Bəşər Əsədin Rusiya tərəfində döyüşmək üçün muzdlularını Ukraynaya göndərdiyi barədə məlumat vermişdi.

Artıq Kreml bunu açıq-aşkar elan edir. Belə ki, rəsmi Moskva 16 min suriyalının hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya göndəriləcəyini açıqlayıb.

“Haber Global” bununla bağlı süjet hazırlayıb.

Qeyd edək ki, bundan əvvəl bildirilirdi ki, Suriyanı tərk edən muzdlular Ermənistandakı Erebuni aviabazasına toplanır. Daha sonra onlar Şimali Osetiyanın Mozdok şəhərinə gələrək Rusiya qoşunları ilə birgə Ukraynaya yollanırlar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir