BMT: Ukraynada 977 mülki şəxs həlak olub, 1594-dən çox insan yaralanıb

Müharibə

BMT-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri bu ölkədə 977 dinc sakin həlak olub, 1594-dən çox mülki şəxs yaralanıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

BMT-nin bəyanatında deyilir ki, fevralın 24-dən martın 22-dək 3 626 546 nəfər Ukraynanı tərk edib ki, onların da əksəriyyəti Polşaya gedib.

Polşa 2 144 244, Rumıniya 555 021, Moldova isə 371 104 qaçqına sığınacaq verib.

Həmçinin, yüz minlərlə qaçqın Avropanın digər ölkələrinə üz tutub.

Mənbə: “Anadolu”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir