Müharibə başlayandan Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı AÇIQLANDI

Cəmiyyət

Bu il fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, müharibə başlayandan indiyədək Azərbaycana 6 163 Ukrayna vətəndaşı daxil olub.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya hücum edib.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir