İkitərəfli münasibətlər kontekstində Türkiyə Azərbaycanla qurduğu münasibətləri başqa heç bir ölkə ilə qurmayıb.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu SETA Proqram direktoru Muhittin Ataman Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib.
O qeyd edib ki, Türkiyə daim qlobal bir aktor olma yolunda özünə dəstək olacaq xarici siyasət alətlərini çeşidləməyə diqqət göstərib:
“Xarici siyasət anlayışında bizi maraqlandıran əsas məqamlardan biri regional əməkdaşlıqdır. Türkiyə regionda uyğunlaşdırıcı, təşəbbüs göstərə bilən və mümkün olduqda bəzi məsələlərin həllinə rəhbərlik etməyə çalışan, təşəbbüskar bir dövlət olmağa çalışıb. Bunun əsas halqası qonşularla münasibətlərin inkişaf etdirilməsidir”.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin
