NATO Ukraynadakı münaqişənin “əsas nəticəsi”ni açıqlayıb

Dünya

Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatların əsas nəticəsi olaraq Şimali Atlantika Alyansının Rusiya sərhədləri yaxınlığında güclənməsini demək olar.

Bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer açıqlama verib.

O əlavə edib ki, alyans Ukraynanı “həyatda qalmaq üçün lazım olan hər şey”lə təmin etməyə davam edəcək. Eyni zamanda sədr alyansın Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirakdan imtina etməsi ilə bağlı NATO-nun mövqeyini də təsdiqləyib.

Bauerin sözlərinə görə, NATO üzv ölkələrdən Ukraynaya silah tədarük etməyi tələb etmir, bu, suveren hökumətlərin könüllü qərarıdır.

Mənbə: Reuters  

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir