Naxçıvan dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək – ADY

Baş səhifə

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında
dəmir yolu infrastrukturunun yenidən qurulması və
modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və
artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə
start verilib.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə
edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu
şəbəkəsinin qurulmasıdır.


<!—->
<!––>

Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik
yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.

2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma
çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa
olunacaq.

Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında
yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi
Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil
edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir