Bu ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sahibkarları ixrac imkanlarını genişləndirmək və yerli məhsulların tanıdılmasını təmin etmək məqsədilə 14 beynəlxalq tədbirdə iştirak edib.
“Report”un yerli bürosu xəbər verir ki, bunların 7-si biznes-forum, 6-sı sərgi, 1-i konfrans olub.
Bu tədbirlərdə meyvə şirələri, peçenye, vafli, tütün məmulatları, panel radiator, mebel, sement, daş, əhəng, gips, elektrod, sintetik əsaslı boyalar və uşaq bezi kimi 35-dən çox yerli məhsul nümayiş etdirilib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin
