Naxçıvanda “Nəqşicahan”a məxsus dükanlar bağlanır: Əhali yeniliklər gözləyir – YENİLƏNİB + VİDEO

Siyasət

“Naxçıvan əhalisi Prezident İlham Əliyev tərəfindən xüsusi nümayəndənin təyin olunması xəbərini müsbət qarşılayıb və onlar artıq öz fikirlərini deməkdən çəkinmirlər”.

Bu barədə hazırda Naxçıvanda olan Baku TV-nin əməkdaşı Tural Müseyibov məlumat verib.

O qeyd edib ki, Vasif Talıbovun özünə və ailəsinə məxsus olan “Nəqşicahan” holdinqin tərkibində olan bütün obyektlərin bağlanacağı xəbəri və həmin obyektlərdə tətbiq edilən endirimlər əhalinin marağına səbəb olub:

“Mağazalarda inanılmaz endirimlər var. 300-400 manatdan yuxarı qiymətə satılan mallar, hazırda 70-100 manata təcili olaraq satışa qoyulub. İnsanlar monopoliyanın və onların fəaliyyətinə mane olan qadağaların aradan qaldırılacağını ümid edərək yeniliklər gözləyirlər”.

Daha ətraflı süjetdə:

21:48

Naxçıvanda “Nəqşicahan” holdinqə məxsus olan bir sıra obyektlərin bağlanacağı elan olunub.

Bu barədə Baku TV-də məlumat verilib.

Qeyd edilib ki, holdinqə məxsus ticarət obyektlərində mallar dəyər-dəyməzinə satışa çıxarılıb.

Daha ətraflı süjetdə:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir