Nazir: “Azərbaycanda meyvəçilik və giləmeyvəçilik bağlarının salınmasına üstünlük veririk”

Baş səhifə
ASK

  • 20 noyabr, 2025
  • 22:01
Nazir: Azərbaycanda meyvəçilik və giləmeyvəçilik bağlarının salınmasına üstünlük veririk

Bir hektar meyvə bağı bir hektar taxıl və ya bəzi dənli bitki sahəsindən daha çox gəlir gətirir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Baku TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi son illərdə meyvəçilik və giləmeyvəçilik bağlarının salınmasına üstünlük verir: “Bu siyasət nəticəsini və bəhrəsini verməyə başlayır. Belə ki, son 5 ildə 30 min hektardan çox yeni intensiv meyvə bağları salınıb. Bundan başqa, bağçılıq və uzunmüddətli əkinlərin ölkənin əkin strukturundakı payı artmağa başlayıb. Sirr deyil ki, fermerlər üçün 1 hektar meyvə bağı 1 hektar taxıl və ya bəzi dənli bitki sahəsindən daha çox gəlir gətirir”.

Nazir əlavə edib ki, bu baxımdan həm çəyirdəkli, həm tumlu meyvələr daxil olmaqla, meyvə bağlarının salınması, genişləndirilməsi diqqətə layiq haldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir